logo

Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

16:50 25-03-2020 | icon 2107
Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə səfir Teruyuki Katori diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib.

Görüşdə, həmçinin tərəflər hazırda dünyanın mübarizə apardığı yeni növ koronavirus pandemiyası ilə mübarizə məsələləri, bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Elmar Məmmədyarov səfir Teruyuki Katorinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.