logo

"AZAL" Moskva və Londondan 151 azərbaycanlını vətənə gətirib

15:33 25-03-2020 | icon 2464
"AZAL" Moskva və Londondan 151 azərbaycanlını vətənə gətirib

Martın 25-nə keçən gecə “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

YeniAvropa xəbər verir ki, bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir. Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.