logo

“Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yalnız 2 saat çalışacaq

15:13 25-03-2020 | icon 2261
“Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yalnız 2 saat çalışacaq

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, hər iki ölkənin hökumətin birgə razılığına əsasən, buraxılış məntəqəsi saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək. Həmçinin, bildirilib ki,  hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

Xatırladaq ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur.

Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan ilə Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb.Yeni qaydalara əsaəsn, Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq.