logo

Biləcəridə küçədə yıxılıb ölən kişinin videogörüntüsü yayıldı

14:57 25-03-2020 | icon 2352
Biləcəridə küçədə yıxılıb ölən kişinin videogörüntüsü yayıldı

Bu gün sosial şəbəkələrdə paytaxtda kimliyi məlum olmayan şəxsin küçədə öldüyünə dair videogörüntülər yayılıb.

YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyindən(DN) yayılan görüntülərə aydınlıq gətirib. Nazirlikdən bildirilib ki, hadisə bu gün səhər saatlarında baş verib. Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəflətən pisləşib. Yaxınlıqda olan insanların vəziyyətə müdaxilə etməsinə baxmayaraq, şəxsin həyatını qurtarmaq mümkün olmayıb.

"Aparılan ilkin araşdırmalar nəticəsində ölən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub. Onun ölümünə də bu xəstəliklər səbəb olub", - deyə DİN-in açıqlamasında bildirilib.