logo

Qusardakı zavod hər gün apteklərə 30 min litrədək tibbi spitr göndərir

13:21 25-03-2020 | icon 490
Qusardakı zavod hər gün apteklərə 30 min litrədək tibbi spitr göndərir

Qusarda yerləşən “Rus-Azeri Spirts” zavodunda tibbi spirt istehsalına başlanıb.  Hazırda zavodun sutkalıq istehsal gücü 25-30 min litrə çatır ki, bu da ölkəmizdə tibbi spirtə olan tələbatı ödəməyə imkan yaradır.

YeniAvropa xəbər verir ki, bu barədə zavodun direktoru Anar Qocayev məlumat verib. Onun sözlərinə görə, istehsala başlanan gündən 100 min litrə yaxın tibbi spirt Bakı şəhərindəki və bölgələrdəki apteklərə göndərilib.

"Müəssisə tələbatı nəzərə alaraq gücləndirilmiş iş rejiminə keçib və istehsal prosesi 24 saat davam edir. İstehsal gücünü artırmaq üçün zavoda əlavə işçilər də cəlb olunub.

Müəssisədə bir litrlik qablaşdırmada 95 faizlik tibbi spirt istehsal olunur. Yaxın günlərdə 100 millilitrlik (0,1 litr) qablarda da istehsala başlanılacaq",-deyən Anar Qocayev zavodda tibbi spirtin hazırlanmasında tamamilə yerli xammaldan istifadə olunduğunu bildirib.