logo

Rusiyada 7,6 ballıq zəlzələ sunami təhlükəsi yaratdı

11:57 25-03-2020 | icon 546
Rusiyada 7,6 ballıq zəlzələ sunami təhlükəsi yaratdı

Rusiyanın Kamçatsk diyarının Petropavlovsk-Kamçatsk şəhərindən 500 kilometr məsafədə 7,6 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, diyarın 4 rayonunda 5 bal gücündə zəlzələ hiss olunub. Saxalin vilayətinin Şimali Kuril rayonunda sunami təhlükəsi elan olunub. Rayonun əhalisi təxliyə edilib. İlk sunami dalğasının hündürlüyü 50 santimetr olub.

Ölən və dağıntı qeydə alınmayıb.