logo

Nyu-York və İstanbuldan  230 azərbaycanlı vətənə  gətirilib

22:51 24-03-2020 | icon 2058
Nyu-York və İstanbuldan  230 azərbaycanlı vətənə  gətirilib

Martın 24-də Azərbaycanın milli aviadaşıyıcısı "AZAL" Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Xatırladaq ki,  ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.