logo

QAT: "Xalq ATƏT-in Minsk qrupunun ləğv olunmasını tələb etməlidir"

14:15 24-03-2020 | icon 2163
QAT: "Xalq ATƏT-in Minsk qrupunun ləğv olunmasını tələb etməlidir"

"28 ildən sonra artıq tam şəkildə aydındır ki, biz ATƏT-in Minsk qrupundan, həmsədrlərdən yaxşı heç nə gözləyə bilmərik. Ona görə də Azərbaycan hakimiyyəti bu ermənipərəst Minsk qrupu, onun həmsədrlərinin “xidmət”indən birmənalı şəkildə imtina etməlidir. Bütün Azərbaycan xalqı bu qurumun ləğv olunmasını tələb etməlidir”.

YeniAvropa xəbər verir ki, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) ATƏT-in Minsk qrupunun yaradılmasının 28 ilinin tamam olması, bu qurumun ermənipərəst fəaliyyəti, dərhal buraxılmasının vacibliyi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda deyilir: 

“Bu gün “ATƏT-in Minsk qrupu” deyilən bədnam qurumun yaradılmasından 28 il keçir. Biz həmin qurum yaradılan gündən demişik və bir daha təkrar edirik ki, Minsk qrupu və onun həmsədrləri bütün fəaliyyətləri dövründə Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi məqsədinə xidmət etmiş  və bu gün də həmin siyasəti davam etdirirlər.

Minsk qrupu yaradılandan sonra 1 ay yarım ərzində Azərbaycanın Şuşa, Laçın və digər əraziləri, 1 il yarım ərzində isə Kəlbəcər Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan tərəfindən işğal edildi. Bütün bu işğallar Minsk qrupunun gözləri qarşısında və birbaşa himayədarlığı şəraitində baş vermişdir. Bu erməni cinayətlərnə görə işğalçı Ermənistanla yanaşı Minsk qrupu, onun həmsədrləri məsuliyyət daşıyır.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq həmişə bu qurumun ləğv olunmasını tələb etmiş, dəfələrlə aksiyalar keçirmiş, hətta onların mətbuat konfransı keçirdikləri zallara daxil olaraq ölkəni tərk etmələrini, hava limanında qarşılarını kəsərək ölkəmizə daxil olmamalarını, rədd olub getmələrini istəmişik".