logo

Rumıniyada komendant saatı tətbiq edilib

19:50 22-03-2020 | icon 2268
Rumıniyada komendant saatı tətbiq edilib

Rumıniya hökuməti ölkədə fövqəladə vəziyyətlə əlaqədar komendant saatı tətbiq edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkədəki bütün ticarət mərkəzləri, stomatoloji klinikalar, restoranlar, kafelər və digər iaşə obyektləri bağlanıb. Vətəndaşların evdən çıxmasına yalnız zərurət yarandıqda icazə verilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusu pandemiya elan edib. Dünyada artıq 260 mindən çox insan bu virusa yoluxub, 11 min nəfər ölüb.