logo

“Aeroflot” Azərbaycana uçuşları dayandırır

10:59 22-03-2020 | icon 2261
“Aeroflot” Azərbaycana uçuşları dayandırır

Rusiyanın “Aeroflot” aviaşirkəti Azərbaycana uçuşları dayandırır.

YeniAvropa xəbər verir  ki, “Aeroflot” koronovirus pandemiyası ilə əlaqədar martın sonlarında 7 ölkəyə, o cümlədən Azərbaycana uçuşları dayandırır. Bu barədə şirkətin saytında məlumat verilib. Belə ki, Bakıya uçuşlar martın 29-dan aprelin 30-dək həyata keçirilməyəcək.

Şirkət Helsinki, Stokholm, Zaqreb, Sofiya və Afinaya da reysləri müvəqqəti ləğv edib.