logo

Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxdu

17:12 21-03-2020 | icon 6902
Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus infeksiyasına daha 9 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Qeyd edək ki, hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

"Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur",-deyə Operativ Qərargahın məlumatında bildirilib .