Paytaxtın Nizami rayonu ərazisində - H.Əliyev prospektində yolu keçən paytaxt sakini Elmar Bədəlov Bakı şəhər sakini F.Şeydayevin idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.