logo

Serbiyada komendant saatı tətbiq olundu

16:57 19-03-2020 | icon 2338
Serbiyada komendant saatı tətbiq olundu

Bu gecədən etibarən bütün Serbiya ərazisində komendant saatı tətbiq olunub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə televiziya vasitəsilə xalqa müraciət edən Prezident Aleksandr Vuçiç əhalidən, xüsusən yaşı 60-ı ötmüş insanlardan evdən çıxmamağı xahiş edib.

Komendant saatı axşam 8-dən səhər 5-dək davam edəcək. Ölkə sərhədləri, xəstəxanalar və miqrasiya mərkəzləri əsgərlər tərəfindən qorunur. Aprelin 26-na təyin olunmuş parlament və bələdiyyə seçkiləri də təxirə salınıb.

Ölkə sərhədlərini bütün xaricilər üçün də bağlayıb. Habelə məktəb, ali təhsil ocaqları, idman müəssisələri, kütləvi iaşə obyektləri bağlanıb.

Hazırda ölkə üzrə 83 yoluxma faktı qeydə alınıb.