logo

“Etihad Airways” Bakıya uçuşları dayandırdı

15:13 19-03-2020 | icon 2667
“Etihad Airways” Bakıya uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” aviaşirkəti  sabahdan aprelin 30-dək bir çox şəhərlərə, o cümlədən Bakıya uçuşları dayandırıb.

YeniAvropa xəbər verir ki,  bu barədə şirkətin yaydığı bəyanatda bildirilib. Qeyd edilib ki,  koronavirus pandemiyası ilə əlaqədar martın 20-dən etibarən Azərbaycanın paytaxtına, habelə İstanbul, Cenevrə, Madrid, Barselona, Belqrad, Qahirə və Bəhreynə aviareyslərin ləğv olunduğu bildirilib.

Aviaşirkətin təyyarələri Səudiyyə Ərəbistanının Məkkə, Mədinə, Ər-Riyad və Ciddə şəhərlərinə də uçuşları dayandıracaq. İtaliya şəhərlərinə isə aviareyslər mayın əvvəlinədək təxirə salınıb.

Şirkət digər şəhərlərə həyata keçirilən aviareyslərin sayını da azaldıb. Hindistanın Dehli və Mumbay şəhərlərinə gündəlik uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Tokioya aviareyslərin sayı də iki dəfə azaldılıb, Qazaxıstanın paytaxtı Nur-Sultana isə gündəlik reyslər həftəlik uçuşla əvəz olunub.