logo

Prezidentin böyük qızı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edildi

18:18 18-03-2020 | icon 2219
Prezidentin böyük qızı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edildi

Daşkənd Şəhər Məhkəməsi Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova və onunla yaxın olan bir qrup şəxs barəsində qərar qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Özbəkistanın Ali Məhkəməsinin mətbuat xidmətinin  məlumatına görə, məhkəmə Gülnarə Kərimovanın 13 il 4 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. Onunla cinayət əlaqəsində şübhəli bilinən beş nəfər isə 5 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib.

G.Kərimova dələduzluqda, büdcə vəsaitinin oğurlanmasında, cinayətkarlıq yolu ilə əldə edilən pulların xarici ölkələrə daşınmasında ittiham olunub. İstintaq G.Kərimovaya yaxın şəxslərdən ibarət bir neçə cinayətkar qrup yaratdığını müəyyənləşdirib. Həmçinin məlum olub ki, Özbəkistanın sənaye müəssisələrində də Gülnarə Kərimovaya yaxın olan mütəşəkkil cinayətkar qruplar fəaliyyət göstərib. O, həmçinin ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərərək onların əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib.

Ümumiyyətlə, G.Kərimovanın cinayətkar əməllərinin Özbəkistana vurduğu zərər 2 milyard dollar dəyərində qiymətləndirilir. Özbəkistan hökuməti bu günədək onun 12 ölkədə 1,5 milyard dollar dəyərindəki aktivləri üzərində həbs qoyub. Bu aktivlərin bir hissəsi Özbəkistana geri verilsə də, digər qismi hələ də qaytarılmayıb.