Milli Məclis koronavirusa görə vertual iş rejiminə keçdi
Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib. Sərəncamda aşağıdakı məsələlər öz əksini tapıb:
- Milli Məclisin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilsin;
- Milli Məclis deputatlarının və əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılsın;
- Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılsın ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın;
- Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsilə qəbul etsinlər;
- Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə tapşırılsın ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq etsinlər;
- İşçilərdə və ya onların ailə üzvlərindən birində respirator xəstəlikləri, halsızlıq və digər oxşar hallar olduğu təqdirdə həmin işçilərin rəhbərliyə məlumat verməklə tam sağalanadək işə çıxmaması tövsiyə edilsin;
- Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları iş günü ərzində xüsusi ehtiyac olmadan iş otağını tərk etməsinlər, zərurət olmadan digər şəxslərlə təmasda olmasınlar;
- Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları virusun yayılmasının qarşısını almağa kömək edəcək ehtiyat tədbirləri görsünlər, o cümlədən həkim məsləhətlərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər;
- Milli Məclisin tibb məntəqəsinə tapşırılsın ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə Milli Məclisdə maarifləndirmə işi aparsın;
- Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçirilsinlər;
- Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya edilsin;
- Milli Məclisin İşlər İdarəsi parlamentin bütün inzibati binalarının dəhlizlərində antiseptik vasitələrin qoyulmasını və gündəlik təzələnməsini təmin etsin.
Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir