logo

BOK İH üzvü: "Tokio Olimpiadasına hazırlaşmaq məsuliyyətsizlikdir"

17:15 18-03-2020 | icon 2835
BOK İH üzvü: "Tokio Olimpiadasına hazırlaşmaq məsuliyyətsizlikdir"

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idarə heyətinin üzvü Heyli Vikenhayser koronavirus pandemiyasına baxmayaraq, “Tokio-2020” Olimpiya Oyunlarına hazırlıq prosesinin davam etdirilməsini məsuliyyətsiz kimi dəyərləndirib.

YeniAvropa Türkiyənin “Ntvspor.net” saytına istinadla xəbər verir ki, o, “Twitter”dəki şəxsi hesabında bu barədə bildirib: “BOK-un Olimpiadanın keçirilməsi məsələsindəki israrları insanlıq baxımından məsuliyyətsizlikdir. Sonrakı 24 saat ərzində nələrin baş verəcəyini planlaşdıra bilməzkən üç ay sonra nələr olacağını təxmin etmək ümumiyyətlə mümkün deyil”.

Koronavirusun atletlər də daxil olmaqla hamı üçün ciddi təhlükə olduğunu vurğulayan kanadalı Heyli Vikenhayser bildirib ki, Olimpiya Oyunları dünyada ən gözəl idman turniridir. Amma bu böhran Olimpiadadan daha ciddidir.

Xatırladaq ki, Yaponiya iyulun 24-dən avqustun 9-dək XXXII Yay Olimpiya, avqustun 25-dən sentyabrın 6-dək isə XVI Paralimpiya Oyunlarına ev sahibliyi edəcək. Təşkilatçılar koronavirus pandemiyasına baxmayaraq, Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınmayacağını bəyan edirlər.