logo

“Eurovision” mahnı müsabiqəsi təxirə salınıb

16:10 18-03-2020 | icon 385
“Eurovision” mahnı müsabiqəsi təxirə salınıb

“Eurovision-2020” mahnı müsabiqəsi Avropada koronavirus pandemiyasının yayılması səbəbindən təxirə salınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, təşkilatçıların bununla bağlı martın 19-da rəsmi məlumat verəcəyi gözlənilir.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı. Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil etməliydi.