logo

Bakıda maraqlı oğurluq hadisəsi baş verib

15:13 18-03-2020 | icon 2121
Bakıda maraqlı oğurluq hadisəsi baş verib

İctimai təhlükəli hərəkətlərdən polisin yayındırılması məqsədilə martın 14-də paytaxt sakininin evindən 1150 manat məbləğində pul və 1200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı 102 - Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib  ki, müraciət üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluq əməlində şübhəli bilinən şəxsləri müəyyən edərək saxlayıblar.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının fakt üzrə peşəkar əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslərdən – 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunan K.Mustafayevdən 1,805 qram heroin, 1,215 qram xaş-xaş, 0,286 qram marixuana, 0,644 qram həşiş, bir kapsula peraqabalin və R.Fətəliyevdən isə 8,352 q heroin aşkarlanaraq götürülüb.

Şübhəli şəxslərin ətrafında aparılan araşdırmalar nəticəsində məlum olub ki, pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı 1992-ci il təvəllüdlü Ə.Hüseynzadənin verdiyi məlumat yalandır. Müəyyən olunub ki, oğurluq faktı ilə şübhəli şəxs qismində saxlanılanlar aşkarlanan narkotik vasitələri Nəsimi rayonunda yaşayan Ə.Hüseynzadənin evindən oğurlayıblar. Ə.Hüseynzadənin hərəkətində cinayət tərkibi olduğu nəzərə alınaraq, o tutulub.

Faktla bağlı hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.