logo

"AZAL" İstanbul və Romadan 391 azərbaycanlını vətənə gətirib

11:55 18-03-2020 | icon 2079
"AZAL" İstanbul və Romadan 391 azərbaycanlını vətənə gətirib

Azərbaycanın milli aviadaşıyıcısı martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "AZAL" aviaşirkəti İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 Azərbaycan vətəndaşı gətirilib.

Məlumatda qeyd edilib ki, Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.