logo

İlham Əliyev Keşlədə yolların yenidən qurulmasına 850 min manat ayırdı

10:58 18-03-2020 | icon 2373
İlham Əliyev Keşlədə yolların yenidən qurulmasına 850 min manat ayırdı

Prezident İlham Əliyev  martın 18-də “Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 850 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.