logo

Şimal bölgəsində qar örtüyünün hündürlüyü 15 santimetrə çatır

10:30 18-03-2020 | icon 2205
Şimal bölgəsində qar örtüyünün hündürlüyü 15 santimetrə çatır

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında bir neçə gündür qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

 YeniAvropa xəbər verir ki, hazırda Qax rayonunun İlisu, Ağçay, Qaşqaçay, Zaqatalanın Car, Şəki rayonunun Şin kəndlərinin dağ zirvələrində, evlərin damlarında qar örtüyünün hündürlüyü bir neçə santimetr təşkil edir. Ən çox qar isə Qaxın Sarıbaş kəndinə yağıb. Bu kənddə qar örtüyünün hündürlüyü 15 santimetrə çatır.

Hazırda bölgənin dağlıq və dağətəyi ərazilərində yerləşən kəndlərində həyat öz əvvəlki axarında davam edir. Yollar açıq olduğundan nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.