logo

“Azercell”lə İlaxır çərşənbəniz mübarək olsun!

17:32 17-03-2020 | icon 2492
“Azercell”lə İlaxır çərşənbəniz mübarək olsun!

Novruz adət-ənənəsinə görə, hər çərşənbə təbiətin Su, Od, Yel və Torpaq kimi 4 əsas ünsürünün oyanması qeyd edilir. Novruz bayramı ərəfəsində İlaxır çərşənbədə də “Azercell” abunəçilərini yeni təklifi ilə sevindirəcək. 

YeniAvropa xəbər verir ki, məhz martın 17-də, Torpaq çərşənbəsində abunəçilər “GəncOl 9” tarifi çərçivəsində mobil internetə 33 faiz endirim əldə edərək 6GB internet paketini sadəcə 6 manat məbləğinə əldə edə biləcək. Qoşulmaq üçün abunəçilər 7575 qısa nömrəsinə “G9” yazaraq göndərməli və ya endirimi “Kabinetim” mobil tətbiqində aktivləşdirməlidirlər.

Xatırladaq ki, “Azercell” fevralın 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı endirimlərdən yararlanmaq imkanı yaradır.

Mobil operator ötən həftələrdə “Sərbəst 15” paketinə 20 faiz, “Limitsiz Gecə” paketinə 50 faiz , “Aylıq 30 GB” internet paketinə qoşularkən isə 20 faiz xüsusi endirim təqdim edib.

“Azercell” yalnız bayram günlərində deyil, eləcə də bütün ilboyu evlərinizin sevinclə dolu olmasını arzu edir!

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.