logo

Çin koronovirusa qarşı ilk peyvəndin klinik sınaqlarına başlayır

16:15 17-03-2020 | icon 2562
Çin koronovirusa qarşı ilk peyvəndin klinik sınaqlarına başlayır

Çin hakimiyyəti yeni tip koronovirusun (COVID-2019) səbəb olduğu xəstəliyə qarşı ilk peyvəndin klinik sınaqlarına icazə verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.  “Dünən yerli vaxtla saat 20:18-də akademik Çen Veyin rəhbərlik etdiyi tədqiqatçılar qrupu klinik sınaqlara icazə alıb”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, son məlumatlara görə, Çində koronovirusa yoluxanların sayı 81 min 117 nəfərə, ölənlərin sayı isə 3 min 231 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində ölkədə 21 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Ölüm hallarının 12-si virusun episentri olan Hubey əyalətində baş verib. Həmçinin indiyədək xəstəlikdən 68 min 679 nəfər sağalıb, 2 min 830 xəstənin vəziyyəti isə ağırdır.