logo

Kişineu aeroportu koronavirusa görə fəaliyyətini dayandırdı

14:09 17-03-2020 | icon 2548
Kişineu aeroportu koronavirusa görə fəaliyyətini dayandırdı

Koronavirusa görə Kişineu Beynəlxalq Aeroportu bu gündən fəaliyyətini dayandırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Moldovaya bütün beynəlxalq uçuşlar dayandırılıb. Məhdudiyyət martın 31-dək qüvvədə olacaq.

Bu gündən Moldovaya diplomatlar istisna olmaqla, xarici vətəndaşların girişinə də qadağa qoyulub.

Xatırladaq ki, Moldovada koronavirusa yoluxma halları İtaliyadan qayıdan vətəndaşlarda aşkarlanıb. Moldovada bununla bağlı “narıncı təhlükə” kodu elan edilib və kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.