logo

Baharın Azərbaycana gəlişi vaxtı açıqlandı

11:27 17-03-2020 | icon 2576
Baharın Azərbaycana gəlişi vaxtı açıqlandı

2020-ci ildə yaz fəsli Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayacaq.