logo

Türkiyədə bütün ictimai obyektlərin fəaliyyəti dayandırılır

20:17 16-03-2020 | icon 2548
Türkiyədə bütün ictimai obyektlərin fəaliyyəti dayandırılır

Dünyada sürətlə yayılan yeni növ koronavirusun qarşısının alınması məqsədilə Türkiyənin 81 şəhərində ictimai və sosial obyektlərin fəaliyyəti müvəqqəti dayandırılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, bu gün saat 00:00-dan etibarən əyləncə mərkəzləri, idman salonları, kino və teatr salonları da daxil olmaqla, vətəndaşların toplana biləcəyi bütün ictimai obyektlərin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Qabaqlayıcı tədbirlər çərçivəsində martın 18-nə nəzərdə tutulan 1915-ci il Çanaqqala şəhidlərini anma mərasimləri də təxirə salınıb.