Prezident İlham Əliyev martın 16-da Bəylər Eyyubovun Azərbaycan Respublikası prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:
"Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Respublikası prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilsin".
Xatırladaq ki, Bəylər Eyyubov 11 mart 1951-ildə Ermənistanda anadan olub.
2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini təyin edilib. 25.12.2013 ildən general-polkovnik rütbəsini daşıyır.