Dövlət Miqrasiya Xidməti də fəaliyyətini məhdudlaşdırdı
Dövlət Miqrasiya Xidməti (DMX) vətəndaşlara müraciət edib.
YeniAvropa xəbər verir ki, bu barədə DMX-nin mətbuat xidmətindən bildiriblər.Qeyd edilib ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli tələbləri, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi əsasında 2020-ci il martın 15-dən 20-dək “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məhdudlaşdırıldığını və Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinin də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərdiyini nəzərə alaraq əcnəbilərin və Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılır ki, 2020-ci il martın 15-dən 20-dək “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Lakin martın 15-19-da Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə, iş icazəsi, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən əcnəbilər və vətəndaşlar “ASAN xidmət” mərkəzlərindən sənədlərini əldə edə bilərlər.
Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günləri olduğundan bu tarixlərdə sadalanan müraciətlər üzrə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən şəxslər yalnız zəruri hallarda, DMX-nin qəbul şöbələrinə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.
Əcnəbilərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvafiq yaşama, iş icazələrinin alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam ilə bağlı müraciətlər, o cümlədən hazır sənədlərlə bağlı rüsumların ödənilməsi yalnız elektron qaydada (https://eservice.migration.gov.az) qəbul ediləcək (Əlavə olaraq, Xidmətin rəsmi internet səhifəsində elektron müraciətlərlə bağlı izahlı məlumatlar yerləşdiriləcək). Rüsum vaxtında ödənildikdən sonra hazır sənədin bir müddət götürülməməsi heç bir məsuliyyət yaratmır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Xidmətin təlim tədris mərkəzi tərəfindən təşkil olunan Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi ilə bağlı kurslar təxirə salınır (bu barədə əlavə məlumat veriləcək). Kurs ilə bağlı müvafiq metodiki vəsait əldə etmək istəyən əcnəbilər Təlim tədris mərkəzi ilə əlaqə saxlaya bilərlər. Telefon nömrəsi 012 566-37-74. Əlavə məlumat üçün fasiləsiz (24/7) fəaliyyət göstərən 919 - Çağrı Mərkəzinə zəng etmək mümkündür.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb