logo

Paytaxtın mərkəzi küçəsi bağlandı-körpü sökülür

11:37 16-03-2020 | icon 2219
Paytaxtın mərkəzi küçəsi bağlandı-körpü sökülür

Paytaxtın Nəsimi rayonu ərazisində , Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsində yerləşən mövcud dəmir yolu körpüsü sökülür.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçələrin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində məhdudlaşdırılıb.

Məhdudlaşma martın 15-də səhər saatlarından tətbiq edilib və söküntü işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.