logo

Bakı I Media Forumu ləğv edildi

10:32 16-03-2020 | icon 2317
Bakı I Media Forumu ləğv edildi

Mart ayının 18-də "Hilton" hotelində təşkil edilməsi planlaşdırılan Bakı I Media Forumu ləğv edilib. 

 YeniAvropa xəbər verir ki, bu barədə forum  təşkilatçısı olan "INPRESS PR Solutions"dan bildirilib.

Qeid edilib ki, tədbir Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına uyğun olaraq ləğv edilib.