logo

"AZAL" Türkiyədən Azərbaycana çarter reyslər təşkil edir

19:41 15-03-2020 | icon 2254
"AZAL" Türkiyədən Azərbaycana çarter reyslər təşkil edir

Azərbaycan və Türkiyə arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq, Azərbaycan Milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyəyə çarter reysləri təşkil edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, Azərbaycan vətəndaşları çarter reyslər vasitəsilə vətənə çatdırılacaqlar. Bugünkü çarter reysi ilə İstanbuldan Bakıya 474 Azərbaycan vətəndaşı gətiriləcək. Daha bir çarter reysi sabaha planlaşdırılacaq. Bundan əlavə, yaxın zamanda "AZAL" Ankara və Antalyaya çarter reysləri yerinə yetirəcək.

Lazım olduqca "AZAL" Azərbaycan vətəndaşlarının vətənə çatdırılması üçün çarter reysləri həyata keçirməyə davam edəcək.

Əvvəl də məlumat verildiyi kimi, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərinə operativ şəkildə cavab vermək üçün Azərbaycan səfirliyi və baş konsulluğunda “qaynar xətt” yaradılıb.

“Qaynar xətt”in nömrəsi: +90537 282 67 40