logo

Azərbaycanda banklardakı əmanətlər dekabrın 4-dək tam sığortalanacaq

16:49 15-03-2020 | icon 2779
Azərbaycanda banklardakı əmanətlər dekabrın 4-dək tam sığortalanacaq

Matın 13-də yeni tərkibdə fəaliyyətə başlayan parlamentin ilk iclasında müzakirə olunan məsələlərdən biri kimi “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Mərkəzi Bankın yaydığı açıqlamada bildirilir. Qeyd edilib ki, Qanuna edilmiş dəyişiklik Azərbaycan prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək və bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi həddində bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq, bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 2020-ci il martın 4-dən dekabrın 4-dək uzadılacaq.