logo

Birinci xanım da koronavirusa yoluxdu

11:44 15-03-2020 | icon 2597
Birinci xanım da koronavirusa yoluxdu

Dünyanın bir çox ölkələrində hakim elita nümayəndələrinin də koronovirisa yoluxması halları qeydə alınmaqdadır. 

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, İspaniya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə,  ölkənin baş naziri Pedro Sançesin  xanımı Beqonya Qomesin koronovirusa dair analizləri müsbət nəticə verib.  

Məlumatda birinci xanımın hansı şəraitdə bu virusa yoluxması haqda hər hansı bilgi verilmir. Bildirilir ki, baş nazir və yaxınları da virus testindən keçiblər. Hazırda Beqonya Qomes və əri özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki,İspaniyada 5 mindən çox insan koronavirusa yoluxub, 133 nəfər isə bu virusdan ölüb. İspaniya hökuməti koronavirusun yayılması səbəbindən ölkədə iki həftəlik fövqəladə vəziyyət elan edib. Ölkə üzrə hərəkət demək olar ki, məhdudlaşdırılıb.İnsanların yalnız işə, zəruri hallarda isə supermarketlərə və apteklərə getməsinə icazə verilir.

Qeyd edək ki, bundan əvvəl Kanada baş naziri Castin Tryudonun xanımı da koronavirusa yoluxmuşdu. Onun virusa əri ilə birlikdə Londonda səfərdə olarkən yaxalandığı bildirilir.