logo

Sabah Bakıda 15° isti olacaq

13:49 14-03-2020 | icon 2114
Sabah Bakıda 15° isti olacaq

Azərbaycanda martın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10°, gündüz 12-15° isti, Bakıda gecə 6-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 13-18° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı ehtimal edilir.