logo

Ukraynaya uçuşlar dayandırıldı

09:57 14-03-2020 | icon 2695
Ukraynaya uçuşlar dayandırıldı

Koronavirusa görə, martın 17-dən Ukraynaya uçuşlara tam məhdudiyyət qoyulacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ali Radanın sədri Dmitriy Razumkov yerli telekanallara müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, ukraynalılar dəniz və avtomobil nəqliyyatı ilə ölkələrinə qayıda biləcəklər.

Ölkə xarici vətəndaşların Ukraynaya gəlişinə də qadağa qoyub. Qadağa ilkin olaraq martın sonuna qədər tətbiq ediləcək.