logo

Bakıda keçirilən dünya kubokunun final mərhələsi də ləğv olundu

21:59 13-03-2020 | icon 2667
Bakıda keçirilən dünya kubokunun final mərhələsi də ləğv olundu

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, martın 14-də və 15-də Bakıda keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələləri ləğv olunub.

YeniAvropa  Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, federasiya bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı qəbul edib.