Bakıda 2 avtomobil tuneli istifadəyə verildi
Martın 13-də Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində, eləcə də Keşlə dəmir yolu stansiyasının yaxınlığında, M.Ə.Sabir küçəsində avtomobil tunelləri istifadəyə verilib.
YeniAvropa xəbər verir ki, Bakıxanov və Sabunçu qəsəbələri arasındakı tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metr, qapalı hissənin uzunluğu 68 metr təşkil edir. Burada avtomobillərlə yanaşı, piyadaların hərəkəti üçün də səki salınıb. Bu tuneldən piyadaların keçid kimi istifadə edə bilməsinə şərait yaradacaq. Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.
Keşlə dəmir yolu stansiyasının yaxınlığındakı tunelin isə uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metr təşkil edir. Ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə pik saatlarda avtomobillərin gözləməsinə səbəb olurdu. Tunelin istifadəyə verilməsi ilə belə hallar aradan qaldıracaq, hərəkətin təhlükəsizliyi təmin ediləcək.
Tuneldə piyadaların təhlükəsiz hərəkətinə də şərait yaradılıb. Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Tunelin tikintisinə keçən ilin mayından başlanılıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir