logo

Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var

16:59 13-03-2020 | icon 2520
Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var

Gürcüstanın xarici dövlət borcunda, o cümlədən Azərbaycana olan borcunda azalma qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, martın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 6,2 milyon dollar təşkil edib. Bu da əvvəlki ayın eyni dövrü ilə müqayisədə 408 min ABŞ dolları azdır.

Gürcüstanın ümumi xarici borcu isə 5,6 milyard dollar təşkil edir ki, bunun da 5,4 milyard dolları hökumətin payına düşür.