logo

YAP rəsmisi: “Neftin ucuzlaşmasına görə, az qalırlar durub oynasınlar…”

13:33 13-03-2020 | icon 2030
YAP rəsmisi: “Neftin ucuzlaşmasına görə, az qalırlar durub oynasınlar…”

Xaricdə olan bəzi mətbuat orqanları dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasını bilərəkdən  şişirdillər. Az qalırlar ki, durub oynasınlar. 

YeniAvropa xəbər verir ki, bu fikri Milli Məclisin bugünkü iclasında çıxışı zamanı YAP İcra katibinin müavini Siyavuş Novruzov səsləndib. Onun sözlərinə görə, indiki ajiotajın heç bir əsası yoxdur.

“Bu gün yalandan ajiotaj yaradırlar. Neftin qiymətinin düşməsi və digər tədbirlərlə əlaqədar dövlət lazımi addımları atır”,- deyə S.Novruzov qeyd edib. 

“Hesab edirlər ki, neftin qiyməti düşəcək və ölkədə vəziyyət gərginləşəcək. Bunlar da hakimiyyətə gələcək. Bu gün neftin gəlirlərindən dövlət tərəfindən çox böyük işlər görülür. Hesab edirəm ki, mütəxəssislər televizyaya çıxıb insanlara deməlidir ki, həmin ajitajlara inanmasınlar. Bu məsələdə insanlarımız narahat olmasınlar. Dövlət və dövlət başçısı insanların yanındadır”,-deyə YAP rəsmisi vurğulayıb.