Hərbi sahədə Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb. Nazir Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və hörmətlə yanaşdığı üçün səfirə minnətdarlığını bildirib.
Müdafiə naziri Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu qeyd edərək ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.
V.Maniq öz növbəsində ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və ölkəsinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə tərəflər Azərbaycan Ordusunun zabitlərinin təcrübə mübadiləsi məqsədilə Almaniya Silahlı Qüvvələrinin qərargahlarında xidmət keçmələri, ordumuzun nümayəndələrinin Almaniya hərbi qulluqçularının cəlb edildiyi hərbi təlimlərdə müşahidəçi qismində iştirakı, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, regional enerji layihələrinin təhlükəsizliyinin birgə təmin edilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Bildirilib ki, Azərbaycan ilə Almaniya arasında hərbi əməkdaşlıq sahəsində yeni layihələrin həyata keçirilməsi cari ildə də davam etdiriləcək.
Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürüb
“Meta” şirkətində təxminən 20 nəfər azərbaycanlı çalışır
Cəlilabadda sabiq məktəb direktorunun məktəməsi başlayır
Sinoptiklərdən güclü külək, şimşək,yağış və qar xəbərdarlığı
Bakıda informasiya texnologiyaları üzrə beynəlxalq konfrans keçiriləcək
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib
Salyan sakinindən 2,5 kq heroin götürülüb
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Sabah Bakıda 18° isti olacaq
Azərbaycan ötən il Türkiyəyə 1,8 milyard $ investisiya yatırıb
“Crocus City Hall”da xəsarət alanların sayı 551 nəfərə çatıb
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi:Cərimələr artılırdı
Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edilib
Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir
Ermənistanda Vladimir Solovyovun verilişləri qadağan edilib
Milli Məclisin bugünkü iclasında 21 məsələ müzakirəyə çıxarılıb
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq
Ucarda məktəb binası yanıb
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb