logo

İran koronavirusla mübarizə üçün BVF–dən 5 milyard dollar kredit istədi

21:49 12-03-2020 | icon 2625
İran koronavirusla mübarizə üçün BVF–dən 5 milyard dollar kredit istədi

İranın  korona virusa qarşı aparılan mübarizənin səmərəsini artırmaq məqsədilə Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit istəyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı İranın Mərkəzi Bankının sədri Əbdülnasir Himməti BVF-nun rəhbəri Kristina Laqarda məktub ünvanlayıb.

Məktubda qeyd edilib ki, fond virusla mübarizə üçün 50 milyard dollar vəsait ayırıb. İranda virusun geniş yayılması və ABŞ-ın sanksiyaları nəzərə alınmaqla BVF-dən ölkəyə 5 milyard kreditin verilməsi istənilib.

Xatırladaq ki, İranın Səhiyyə Nazirliyində yaradılmış operativ qərargahdan verilən son məlumata görə, ölkədə korona virusa yoluxanların sayı 10075-ə,  ölənlərin sayı isə 430-a çatıb.

Məlumatda qeyd edilib ki, son 24 saat ərzində virusa 75 adam yoluxub. Bununla yanaşı, 3 minə yaxın adam xüsusi xəstəxanalarda müalicə alaraq sağalıblar.