logo

Yeni səfir kimin kürəkənidir?

15:35 12-03-2020 | icon 2121
Yeni səfir kimin kürəkənidir?
Prezidentin bu gün imzaladığı sərəncamla Adış Sakit oğlu Məmmədov Çex Respublikasına səfir təyin edilib.
YeniAvropa xəbər verir ki,  Adış Məmmədov 17 dekabr 1968-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olub. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək BDU-nun riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olub.

1995-1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb.
1998-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışıb.
2000-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində I Katib vəzifəsinə təyin olunub.
2001-2002-ci illərdə XİN-in Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri vəzifəsində çalışıb.
2002-2005-ci illərdə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyində I Katib vəzifəsində çalışıb.
2005-2013-cü illərdə Xarici İşlər Nazirliyidə Müşavir vəzifəsində çalışmışdır.
2013-2018-ci illlərdə Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.

Evlidir, iki övladı var.

 Adış Məmmədov Qafqaz Müsəlmaanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir.

O, şeyxin böyük qızı Əmanət Paşazadənin həyat yoldaşıdır.