Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri təyin olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Hökumətinin Sərəncamı dərc edilib. Bu vəzifədə o, hazırda Rusiya prezidentinin köməkçisi təyin edilən sabiq iqtisadi inkişaf naziri Maksim Oreşkini əvəz edib.
Qeyd edək ki, Azərbaycan tərəfindən komissiyanın sədri baş nazirin müavini Şahin Mustafayevdir.