logo

"Azercell"lə Mobil Musiqi limitsiz oldu!

15:48 11-03-2020 | icon 2527
"Azercell"lə Mobil Musiqi limitsiz oldu!

 

Rəqəmsal sahədə innovasiyaları ilə seçilən, müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell Telekom” MMC abunəçilərinə daha bir kampaniya təqdim edir.

YeniAvropa xəbər verir ki, 08.03.2020 tarixindən etibarən "Azercell" abunəçiləri "Zvuk Aylıq paketi"nə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən "Azercell" şəbəkəsində tam limitsiz istifadə imkanı əldə edir. Belə ki, bir smartfonda 40 milyondan artıq musiqi parçası, ən populyar pleylistlər, üç dildə menyu, sosial şəbəkələrdə musiqi paylaşmaq və digər imkanları olan bu mobil tətbiq çərçivəsində *707#YES yığıb "Zvuk aylıq paketin"ə qoşulan hər kəs musiqi dinləyərkən mobil internetdən limitsiz faydalanacaq.

Xatırladaq ki, çatdırıaq ki, kampaniya 15.04.2020 tarixinədək qüvvədədir.

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/zvuk_yaz_2020/ müraciət eetmək olar.

Qeyd edək ki, 10.02.2017-ci il tarixindən etibarən Azercell abunəçilərinin istifadəsinə təqdim olunan "Zvuk" xidməti vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz "play list"ini yaratmaq imkanı yaradılıb. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

 Bu yaz – "Azercell"in təqdimatında "Zvuk"u smartfona yazmağın əsl vaxtıdır!