AMB: Bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var
Hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var.
YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə müsahibəsində deyib.
“Dünyada koronavirusun coğrafiyasının genişlənməsi, qlobal iqtisadi proseslərdə - ticarətdə, iqtisadi artımda baş verənlər və qiymətləndirmələr, proqnozlar və bunların təsiri altında martın əvvəllərində neftin qiymətində azalmalar müşahidə olundu. Biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Baş verən proseslər ölkəmizdə aparılan sosial-iqtisadi proselərdən qaynaqlanmır. Hətta deyərdim tam əksinədir. Ölkəmizdə iqtisadi inkişaf sürətlənir, maliyyə, makroiqtisadi sabitlik hökm sürür. Neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Bu, bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Yəni, bu gözlənti reaksiyasıdır. Hökumətin, Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir ki, bunun üçün bütün tədbirlərdən istifadə edirik. Martın 10-da valyuta hərracı keçirildi, bütün tələbat ödənildi. Bu gün növbədənkənar hərrac oldu və bütün tələbat ödənildi, amma tələbat hərracda iki dəfədən çox aşağı düşdü. Nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərracda tam şəkildə ödənilib. Hazırda banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var. Ola bilər, müəyyən banklarda resursları olmasın ki, kifayət qədər valyuta almasın, onlar da bir-birinə kömək edirlər. Bankların tərəfindən aparılan əməliyyatların həcmi təxminən 10 dəfədən çox artıb”, - E.Rüstəmov qeyd edib.
O deyib: “Milli valyutanı dollara çevirən əhalini sakitliyə çağırıram. Hökumətin, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdən görünür ki, biz buna tam şəkildə hazırıq. Hökumətin və Mərkəzi Bankın “B” planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Faktiki olaraq hökumət bu planla fəaliyyət göstərir. Biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibartdir ki, onlar öz hərəkətləri ilə bizə kömək edə bilərlər ki, bu problemi tez həll edək”.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir