logo

Rusiya Konstitusiyasını dəyişir-prezidentlik ömürlük vəzifəyə çevrilir

22:23 10-03-2020 | icon 2653
Rusiya Konstitusiyasını dəyişir-prezidentlik ömürlük vəzifəyə çevrilir

Rusiya Dövlət Duması Konstitusiyaya sabiq və fəaliyyətdə olan prezidentlərə bu vəzifəyə yenidən seçilmək hüququnun məhdudlaşdırılmaması barədə dəyişikliklər haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, deputat Valentina Tereşkova Rusiyanın fəaliyyətdə olan və keçmiş prezidentlərinə əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan bu vəzifəyə namizədliklərini yenidən irəli sürmək hüququ verən qanun layihəsi təqdim edib. Parlament bu düzəlişi təsdiqləyib.

Qeyd edək ki, martın 10-da Dövlət Duması Rusiya Prezidentinin təqdim etdiyi Konstitusiyaya dəyişikliklər haqqında qanun layihəsini qəbul edib. Sənədin lehinə 382 deputat səs verib, 44 deputat bitərəf qalıb.

Xatırladaq ki, Rusiyada Konstitusiyaya dəyişikliklərə dair ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək.