logo

Rusiya və Türkiyə müdafiə nazirləri telefonda Suriyanı müzakirə ediblər

21:51 10-03-2020 | icon 2408
Rusiya və Türkiyə müdafiə nazirləri telefonda Suriyanı müzakirə ediblər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla danışıb.

YeniAvropa Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, iki ölkənin müdafiə nazirləri Suriyanın İdlib bölgəsində vəziyyətin sabitləşməsi məsələlərini müzakirə ediblər.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı martın 5-də Moskvada qəbul edilmiş memoranduma əlavə protokolların həyata keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.