logo

Ərdoğan koronovirusa görə NATO baş katibinin salamını almadı

23:21 09-03-2020 | icon 2758
Ərdoğan koronovirusa görə NATO baş katibinin salamını almadı
Bu gün Brüsseldə görüşən NATO baş katibi Yens Stoltenberqlə  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra mətbuat konfransı keçiriblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, jurnalistlər qarşısına keçən Ərdoğan baş katibin əlini sıxmaqdan imtina edib. Səbəb kimi isə "korona” deyərək COVID-19 təhlükəsini xatırladıb. 

 Stoltenberq Ərdoğanın bu hərəkətinə gülüşlə cavab verib.