logo

Bakıda Azərbaycan-Gürcüstanın biznes forumu keçiriləcək

22:41 09-03-2020 | icon 476
Bakıda Azərbaycan-Gürcüstanın biznes forumu keçiriləcək

Gürcüstanın iş adamları, orta və kiçik sahibkarlıqla məşğul olan bir qrup şəxs bu il may ayının sonunda Bakıya səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Avropa İttifaqı - Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze məlumat verib.

Onun sözlərinə görə, Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar açıb.

“Tərəflər bundan maksimum istifadə etməli və iqtisadi əlaqələrimizi daha da genişləndirməliyik”, - deyə Z.Çumburidze vurğulayıb.

Gürcüstan iş adamlarının Azərbaycana səfəri çərçivəsində AZPROMO-da görüşün keçirilməsi və əməkdaşlıq imkanlarının müzakirə edilməsi nəzərdə tutulub.